bazar ertəsi 20 aprel 2026 - 16:22
Təkəbbür sahibi ilə danışıqlar qeyri-mümkün bir istəkdir, yalnız mübarizə aparmaq lazımdır

Hövzə / Heç kim mərhum İmam Xomeyni (r) qədər təkəbbürün təhlükəsini dərk etməyib. O, küfrü məhkum edirdi, lakin buyururdu: “Əgər kafir öz küfr həddini aşmazsa, onunla sülh şəraitində yaşamaq mümkündür. Çünki kafir özünə zülm edir, lakin təkəbbür sahibini heç vaxt qəbul etmək olmaz.”

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, həzrət Ayətullah üzma Cavadi Amulinin “Təkəbür sahibi ilə danışıqlar mümkün olmayan bir istəkdir, yalnız mübarizə aparmaq lazımdır” adlı mövzuda fikirləri oxuculara təqdim olunur.

O bildirib ki, mərhum İmam Xomeyni (r) qədər heç kim təkəbbür təhlükəsini bu dərəcədə dərindən dərk etməyib.

Ayətullah Cavadi Amuli qeyd edib ki, İmam Xomeyni küfrü məhkum edir, lakin belə buyururdu: Əgər “kafir” öz küfr həddini aşmazsa, onunla dinc yanaşı yaşamaq mümkündür. Çünki kafir yalnız özünə zülm edir. Amma təkəbbür sahibi heç vaxt qəbul edilə bilməz.

O əlavə edib ki, Qurani-Kərim təkəbbürlə mübarizə barədə buyurur: Küfr başçıları ilə vuruşun, lakin onların kafir olduqları üçün yox, ona görə ki, istəkbarçı güclər qətnamələrə, andlara, müqavilə və razılaşmalara hörmət etmirlər.

Qeyd edək ki, bu fikirlər həzrət Ayətullah üzma Cəvadi Amulinin “Bünyan Mərsus” adlı əsərinin 275-ci səhifəsində yer alıb.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha